Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-12 17:50:35
Respublika Fənn Olimpiadalarının  yarımfinal turu keçiriləcək

24 fevral tarixində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

 

Bu barədə Təhsil İnstitundan AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin informatika fənni üzrə yarımfinal turu isə VIII-IX siniflər üçün 17 fevral tarixində, X-XI siniflər üçün isə 18 fevral tarixində keçiriləcək.

 

Buraxılış vərəqələri tezliklə portal.edu.az platformasındakı şəxsi kabinetlərə əlavə ediləcək.

 

2023-2024-cü tədris ili üçün Respublika Fənn Olimpiadalarının müvafiq fənlərə uyğun proqramı:

 

Azərbaycan dili və ədəbiyyat

 

Riyaziyyat

 

Fizika

 

Kimya

 

Biologiya

 

Coğrafiya

 

Tarix

 

İnformatika

 

Qeyd edək ki, biologiya və fizika fənləri üzrə respublika mərhələsinin final mərhələsində praktiki tur da olacaq.

 

Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.

 

Respublika Fənn Olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.