Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-11 15:06:14
Miqrasiya orqanlarına qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi 2023-cü il dekabrın 10-da Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. 

 

Bildirilib ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

 

İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.

 

İmtahan Bakı şəhərində 1 binada keçirilib. İmtahanın idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 18 nəzarətçi–müəllim, 3 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK