Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 16:09:50
DİM-də təlim:“Dövlət qulluğunda gender bərabərliyi”

4 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin əməkdaşı Miranə Rüstəmli tərəfindən gender bərabərliyi, karyera və gender stereotipləri, işəgötürmə zamanı gender balansı ilə bağlı nəzərə alınmalı əsas məqamlar, əmək fəaliyyəti prosesində gender rollarının, normalarının və münasibətlərinin idarə olunması, iş elanlarında diskriminasiya halları barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, əməkdaşlarla müxtəlif qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.