Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-02 13:54:37
Uşaq İncəsənət Məktəbi şagirdlərinin növbəti uğuru

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri İtaliyada onlayn keçirilən “Sanremo” Beynəlxalq festival-müsabiqəsində uğurla çıxış ediblər.

 

Baş İdarədən AzEdu.az-a bildirilib ki, müsabiqədə məktəbin fortepiano ixtisası üzrə təhsil alan VII sinif şagirdləri Azərin Şirinova (müəllim M.Səfərova) l dərəcəli diplomla, Xədicə Əhmədova (müəllim: Nərminə Əliyeva) isə lll dərəcəli diplomla laureat adına layiq görülüblər.