Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-30 16:57:49
Qızılcaya yoluxma sayı artan bəzi məktəblərdə distant təhsilə keçilə bilər

"Məktəblərdə qızılcaya yoluxma ilə bağlı vəziyyət izlənilir".

 

AzEdu.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.

 

Nazir bildirib ki, qızılcaya yoluxma faktı ilə bağlı az sayda fakt var:

 

"Bəzən başqa simptomlarla qızılca səhv salınır. Ona görə həkimə müraciət edilməsi tövsiyə olunur. Hazırda şayiə və faktlar arasında qalmışıq. Bəzi məktəblərdə əsası olmadan rəqəmlər deyilir. Əksər məktəblərdə ciddi problem müşahidə etmirik. Sadəcə şayiə xarakterli rəqəmlər səsləndirilir".

 

E.Əmrullayev çağırış edib: "Qızılcaya yoluxma halı məktəblərdə artmağa davam edərsə, bəzi siniflərin 1-2 həftəlik distant təhsilə keçməsi nəzərdə tutula bilər".