Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-30 14:37:09
“Səhhətində problem olan şagirdlər sinfə buraxılmasın!”

 Azərbaycanda qızılca xəstəliyinə yoluxma halları artıb.
 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda bildirilib ki, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. 

Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin direktoru Laçın Hüseynlinin  sosial şəbəkədə yaydığı məlumata görə, bu təhsil müəssisəsinin Rinat adlı 4-cü sinif şagirdi qızılca xəstəliyindən dünyasını dəyişib.



Ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat etmişdi. 


AzEdu.az xəbər verir ki, məsələyə münasibər bildirən təhsil eksperti Elçin Əfəndi qızılcaya yoluxan uşaqlarla bağlı təklif irəli sürüb:
 

“Dəfələrlə bildirmişəm ki, bütün təhsil müəssisələrində tibb məntəqəsi olmalıdır. Özü də məktəbə daxil olarkən bütün şagirdlər müasir cihazlarla yoxlanılmalı, hər hansı birinin səhhətində problem varsa, sinif otağına buraxılmamalı, müalicəyə yazılmalıdır. Amma çifayda.

 

Təəssüf ki, son günlər qızılca xəstəliyi yayılır və 2 şagird məhz bu xəstəlikdən dünyasını dəyişib”.