Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-30 11:03:31
Bakıda dəmir yolu stansiyasında 4 yeniyetmə bıçaqlanıb

Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

 

AzEdu.az xəbər verir ki, NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.