Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 12:27:00
Direktor: Tələbələr elm adamları ilə dialoqda olmurlar

“Əsas məqsədimiz Elm və Təhsil Nazirliyinin tabeliyində olan və olmayan ali təhsil müəssisələri ilə elmi tədqiqat müəssisələri arasında inteqrasiyanın qurmaqdır”

 

AzEdu.az xəbər verir ki, bunu Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova Elm və Təhsil Nazirliyinin "Effektiv kommunikasiya" mövzusunda seminardakı çıxışı zamanı deyib

 

O bildirib ki, elmi məqalələrə nəzər salsaq görərik ki, bunun çox az qismi bakalavr yaxud da magistratura pilləsində yazılır:

 

“Səbəbi ondan ibarətdir ki, ali təhsil müəssisələri  elmi tədqiqat müsəssiələri ilə əlaqədə deyil. Tələbələr təhsil aldıqları dövrdə demək olar ki, elm adamları ilə dialoqda olmurlar”.