Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 10:39:00
Şöbə müdiri: "XXI əsrin tələblərinə uyğun təhsil qurmalıyıq"

"XXI əsrin tələblərinə uyğun təhsil qurmalıyıq"

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Xəlilova Elm və Təhsil Nazirliyinin Effektiv kommunikasiya mövzusunda seminardakı çıxışı zamanı deyib:

 

"Hədəflərimiz məktəbəqədər təhsildən başlayaraq ümumi peşə, orta ixtisas, ali, və elm sahələrini əhatə edir. Eyni zamanda əmək bazarının tələblərinə cavab verən şagirdlərin yetişdirilməsi, tələbələrin ali təhsil müəssisələrinə qəbulu, onların təhsili və Təhsil Tələbə Krediti almaları məsələsidir. Yekun istiqamətlərimizdən biri səmərəli idarərtmə və inzibatçılıqdır. Uğurlu idarə etmədə siyaset ve icra məsələlərini bir-birindən ayrmaqdır. Elm və Təhsil Nazirliyinin əsas yanaşması ondan ibarətdir ki, idarəetmədə siyasət və konsepsual məsələlər, icra məsələlərindən ayrılsın".