Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 12:44:51
"Məclisi -üns" layihəsinin açılış mərasimi keçirilib - FOTOLAR

25 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən "Məclisi -üns" layihəsinin açılış mərasimi keçirilib.

 


AzEdu.az xəbər verir ki, Ağdaş şəhər M.Seyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziyada təşkil olunan tədbir Dövlət himni ilə başlayıb, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin və Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açıq elan edilib.

 


Tədbirdə məktəb rəhbərliyi, müəllimlər,layihənin işçi qrupu və digər qonaqlar iştirak ediblər.Açılış tədbirində gimnaziyanın direktoru Şəhla Hacibalyeva,layihə rəhbəri Gültəkin Əmirova layihə haqqında ətraflı məlumat verib, görüləcək işlərdən danışıblar.Qeyd olunub ki, layihənin əsas məqsədi şagirdlərdə nitq və mütaliə bacarıqlarını inkişaf etdirməkdir.


Tədbirdə iştirak edən qonaqlar layihə haqqında fikirlərini söyləyib,uğurlar arzulayıblar.