Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 12:08:00
Azərbaycanın 150 “Örnək müəllim”inin siyahısı ELAN OLUNACAQ

Bir neçə ildir ki, AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirir.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.

 


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alacaq.

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdən 30, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan Regional Təhsil İdarələrinin hər birindən məhsuldar fəaliyyətləri və qeyd olunan üstünlükləri ilə fərqlənən 10 müəllim seçilib.

 


150 “Örnək müəllim” siyahısı həftə ərzində elan olunacaq.