Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-16 16:52:39
Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

23 oktyabr saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

 

 Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, müxtəlif səbəblərdən 10-cu  siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23 – 31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

 

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az)  vasitəsilə aparılacaq.

 

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.