Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-16 11:11:00
Bağçada çalışan texniki heyət üçün qoyulan tələblər - Diplom, sertifikat..

Məlum olduğu kimi məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllim kimi çalışmaq üçün orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmək zəruridir.

 

Bəs bağçada çalışan digər şəxslər üçün hansı tələblər irəli sürülür?

 

Bu barədə AzEdu.az-a məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Azadə Əhmədova danışıb:

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin uşaq bağçalarının nümunəvi ştatı aşağıdakı kimidir:

 

 

Müdir, tərbiyəçi-metodist, Təsərrüfat müdiri, Mühasib, Aşpaz, Yardımçı fəhlə, Binaların, qurğuların və avadanlığın təmiri və xidmət üzrə fəhlə (çilingər-santexnik, elektromantyor, dülgər və s.), Paltaryuyan, Xadimə

 

Bəzi dövlət bağçalarında texniki işçilər təssərrüfat müdiri, köməkçilər və aşpazdır. Pedaqoji olaraq isə sadəcə tərbiyəçi müəllimlər çalışır. Bağçalarda 5 qrup və üzəri olarsa, bu zaman metodist fəaliyyəti də olur.

 

Məktəbəqədər təhsil müəssisəsində çalışan bir digər şəxs də tibb bacısıdır. Onlardan diplom və ya sertifikat tələb olunur. Əgər diplomu yoxdursa, xüsusi kursları bitirmiş və sertifikat əldə etmiş şəxslərə üstünlük verilir”.