![](https://azedu.az/uploads/news/2023/09/azedu.az_kollaj_637.jpg)
Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Lamiyə Rəhimova bakalavr pilləsindən birbaşa doktorantura səviyyəsi üzrə Sinqapur Milli Universitetinə (Material science and engineering ixtisası) qəbul olub və tam təqaüd qazanıb.
Universitetdən AzEdu.az-a bildirilib ki, L.Rəhimova 1 il Tədqiqat mühəndisi (Research engineer) vəzifəsində işlədikdən sonra PhD təhsilinə başlayacaq. BMU tələbəsinin qazandığı təqaüdün (4 illik) məbləği 136 550 ABŞ dolları təşkil edir.
BMU məzunu, həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib (Edinburq Universiteti) və “Halliburton” şirkətindən iş təklifi alıb.
2019-2020-ci tədris ilində BMU-nun Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasına (tədris ingilis dilində) 630 balla daxil olan L.Rəhimova bakalavriat səviyyəsini 94.71 ortalama müvəffəqiyyət göstəricisi və fərqlənmə diplomu ilə bitirib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)