Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-08 12:06:57
Qazanmaq istəyirsənsə, əsla vazkeçmə ! - Leyla Camal yazır

 

 Bugün sosial mediada Alberto Korda tərəfindən çəkilən ağ-qara şəkliylə məşhur olan Ernesto Gevara dostlarının Ona "dost" mənası verən "Çe" adıyla tanınır. Astma olmasına rəğmən siqar asılılığı, inqilabçı ruhu, cəsarəti, sarsılmaz duruşu, öldürücü təbəssümü, pintiliyinə rəğmən kəskin xarizması Ona adını tarixə yazdırmağa imkan verdi. Həftələrlə libasını dəyişməyən Çeyə dostları "donuz" ləqəbi qoymuşdular.

 

Astma səbəbindən asosial bir uşaqlıq keçirən Çe ən çox sevdiyi dənizə həsrət böyüyür. İlk cəsarəti evdən 30 km uzaqlıqda olan kollecə getməklə göstərir. Mübariz ruhu və cəsarəti səbəbindən qısa vaxtda bütün tələbə yoldaşlarının diqqətini çəkir.

 

Fidel Kastro Ona hər zaman əfsanə kimi gəlirdi. Könüllü həkimlik etdiyi hərbidə dostu sayəsində Kastro ilə tanış olur və Onun güvənini qazanır. Hətta, ən gizli planlardan, ən təhlükəli addımlardan ilk xəbərdar olacaq qədər.

 

Diktator rejimini devirməyə çalışanlar arasında aktiv iştirakçı olmaqla yanaşı bir yanda Kastro Onu özünə hər zaman rəqib görürdü. Bəlkə də bu səbəbdəndir ki, Onu uzaqlaşdırmaq yerinə, göz qabağında tutur, ən təhlükəli tapşırıqları ona yükləyirdi.

 

Siyasi kimliyi Amerikanın hədəfinə çevrilmişdi. Açıqsözlülüyü Kubayla SSRİ-nin arasında böyük bir gərginliyə səbəb olmuşdu. Nüvə silahlarının ölkəyə gətirilməsində misilsiz xidməti olan Gevara artıq dünya üçün bir təhlükə halına gəlmişdi.

 

Argentinalı 5 uşaqlı kasıb ailənin sonuncu uşağı olan Ernesto istəsəydi zəngin, sakit bir həyat yaşayardı. Fəqət, O adını tarixə yazdırmaq istədi və bacardı. Onun həyatını atasının ağzından dinləmək istəyənlər çox çətin tapılsa da "Oğlum Çe" kitabını oxuya bilər.

 

Astması səbəbindən əsgərlikdən məhrum olan Çe bütün bariyerləri aşaraq hərbi rəhbər olmuş, hətta sənaye naziri vəzifəsinə qədər yüksəlmişdi. Geri çəkilib fəryad etmək, vəziyyəti qəbullanmaq Ona görə deyildi. Çünki, O bu dünyaya savaşmağa, qazanmağa və haqqı olanı almağa gəlmişdi.

 

Rəvayətə görə məhkəmələrin birində hakim Ondan binanı niyə partlatdığını soruşanda, "Günəşin önünü kəsirdi" deyə cavab vermişdi.

 

Onun bir çox kəlamı aforizmə çevrilmişdi. Onlar içində ən sevdiyim - "Bəlkə, heç bir şey yolunda getmədi, lakin heç bir şey məni yolumdan etmədi" oldu.

 

Neçə rəhbər, neçə lider, zənginlik içərisində firavan həyat sürən neçə başçısı adını tarixə yazdıra bildi? Ən çətin olanı seçdi Gevera. Üstündən illər, əsrlər keçəcək və hər zaman haqqında bir əfsanə kimi bəhs ediləcək. Asan yolla getsəydi doğum və ölüm tarixləri yazılan bir portret olacaqdı sadəcə. İndi isə qəhrəmanlıq nümunəsi, sosialist rejim düşməni kimi xatırlanır. Qüsurlarına rəğmən, sırf cəsarəti səbəbindən lider seçilən Gevara dünyaya isbatladı ki, qazanmaq istəyirsənsə əsla vazkeçmə. Qazana bilməsən belə, ən azından etdiyin cəhd səni tarixə yazacaq.

 

Leyla Camal