Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-18 13:19:35
"Uşaqlara xeyriyyəçilər tərəfindən xüsusi diqqət göstərilir" – Uşaqlar Birliyinin Sədri açıqladı

Novruz bayramı ilə əlaqədar ölkənin bir sıra məktəblərində tədbirlərin, Novruz şənliklərinin keçirilməsinə başlanılıb. Bəs belə tədbirlər uşaq evləri və uşaq sığınacaqlarında da keçirilirmi?

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva AzEDU-ya açıqlamasında bildirib ki, Azərbaycanda hər il uşaq evləri və sığınacaqlarında mütəmadi olaraq yeni il, Qurban bayramı və Novruz bayramıyla bağlı xeyli tədbirlər baş tutur:

“Bu tədbirləri çox yaxşı qiymətləndirirəm. Uşaqlara xeyriyyəçilər və dövlət qurumları tərəfindən xüsusi diqqət göstərilir.
Bizim sığınacağa, artıq martın 12-sindən etibarən müxtəlif insanlar gəlir. Uşaqlara dəstək göstərən, onlara hədiyyələr bağışlayan bir çox şəxs var. Onlar üçün novruz geyimləri alınır və böyük şənliklər təşkil olunur”.

Nəzrin Rüstəmova