Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 14:29:00
Bu məktəbin 45 məzundan 44-ü tələbə adını qazanıb 
 
Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyin 11 L1 sinfinin bütün məzunları, 11 L2 sinfinin 22 məzunundan 21-i tələbə adını qazanıb.
 
AzEdu.az-a Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, məktəb üzrə 45 şagirddən 2 nəfər 600 baldan yüksək, 1 nəfər 650 baldan yüksək, 14 şagird 500 baldan yüksək nəticə göstərib.
 
Qeyd edək ki, məzunlardan Qurbanova Firanə FLEX proqramını (Gələcək Liderlərin Mübadiləsi) qazanaraq təhsilini ABŞ-da davam etdirəcək. O bu il FLEX proqramını qazanan 22 azərbaycanlıdan biridir.
Məzunlarımızı təbrik edir, uğurlar arzulayırıq.