Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-24 09:12:26
15 yaşlı vunderkind : Selcan tələbə adını qazandı

15 yaşlı Selcan Şəfizadə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyini " Təhsildə xüsusi keyfiyyətlərə görə” gümüş nişanı ilə bitirib.

 

AzEdu.az-ın məlumatına görə, Selcan orta məktəb illərində bir çox yerli və beynəlxalq səviyyəli uğurlara imza atıb. İstedadlı gəncimiz eyni zamanda BANM- da təhsil almaq qərarına gəlib.

 

O, 2023- cü ildə Respublika Fənn Olimpiadalarında kimya üzrə qalib olub və qızıl medala layiq görülüb. 2023- cü ildə 55- ci Beynəlxalq Kimya Olimpiadasında 3- cü yer- bürünc medal qazanıb. Əl- Biruni Beynəlxalq Kimya Olimpiadasında 3- cü yeri tutub və bürünc medal qazanıb. 2022- ci ildə 19- cu Beynəlxalq Yeniyetmələr üzrə Elm Olimpiadasında bürünc medal qazanıb. 2022- ci ildə "Competitive College Club" Konqresinə seçilib (Education USA American Councils). 2022- ci ildə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında iştirak edib və sertifikat alıb." Consumer/ Creator- An online Social Media Literacy interactive" üzrə uğurlu iştiraka görə sertifikata layiq görülüb (Education USA American Councils).

 

"Competitive College Club" proqramını uğurla bitirərək, sertifikat alıb. Beynəlxalq STEAM Olimpiadasında riyaziyyatdan "Digital Gümüş medal" (2022) qazanıb. Beynəlxalq "Jauitkov" Olimpiadasında riyaziyyat üzrə iştirak (2022) edib. 2021- ci ildə "Professional Digital Storytelling Training"ini bitirib. Təhsildə yeni çətinliklər İkinci Beynəlxalq Forumundan Sertifikat (2021) alıb. 2021- ci ildə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində qalib olub.  2018- ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən 5- ci Lütfi Zadə məntiq müsabiqəsində həvəsləndirici sertifikata layiq görülüb.  Avropa İttifaqının "eTwinninq" layihəsində 3- cü yerin qalibi (2022) olub.