Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 16:39:51
Bernhard H. Mayer saatlarındakı mexanizmlər haqqında...

Brend bir əsr yarımdan çox fəaliyyət göstərməsinə baxmayaraq, iyirmi ildən az bir müddətdir saatlar istehsal edir. Brendin ustaları onun zəngin ənənələrindən ilham alırlar.

 

 

Swiss Made

 

 

Bernhard H. Mayer-in mexanizmləri İsveçrədə yığılır və saatlara məhz orada quraşdırılır. Komponentlərin 60%-ni orada istehsal edir və sınaqdan keçirirlər. Məhz buna görə də əl ilə yığılmış bu məmulatlar ən yüksək keyfiyyətini və etibarlılığını təsdiqləyən rəsmi “Swiss Made” markasını daşıyır.

 

Saatlarda mexanizmlərin növləri

 

Saat ya dartılmış yay (mexaniki) və ya elektrik impulsları (kvars) hesabına işləyir. Mexanik mexanizmlər əl ilə qurulanlar və ya avtomatik qurulanlar olur; onların məşhur nümunələri Ronda, Sellita, ETA-dır. Bernhard H. Mayer saatlarında qeyd olunmuş mexanizmlərin hamısından istifadə olunur.

 

Zərgərlik yanaşması

 

Bernhard H. Mayer ailə biznesi 152 ildir ki, fəaliyyət göstərir, lakin saat istehsalına nisbətən yeni başlamışlar. 1871-ci ildən sülalənin banisi Ser Mayer medallar və xatirə sikkələri istehsal edir, qiymətli metallar üzərində oyma işləri həyata keçirirdi. 20-ci əsrdə onun varisləri medalyonlu saatlar istehsal etdi, beləliklə brend saat brendi də oldu. “Vaxt puldur” atalar sözü brend üçün hər iki istiqamətdə işləyir.

 

150-ci ildönümü üçün marka, mənşəyinə stilistik istinad edən The 150th Anniversary Collection-u buraxdı. Siferblat saat və zərgərlik həvəskarlarının sevimli şəhəri olan Almaniyanın Pforzham şəhərindəki ilk Mayer fabrikinin təsviri həkk olunmuş gümüş medalyon ilə bəzədilib.

 

Oyma

 

Təəccüblü deyil ki, sənətkarlar məsələyə diqqətlə yanaşırlar - xüsusən də cilalama və oymadan istifadə edirlər. Məsələn, "Mecanique" məhdud kolleksiyasından olan hər bir aksesuara seriya nömrəsi oyma ilə həkk olunub.

 

 

Brendin eksklüziv distribyutoru, beynəlxalq birbaşa satış şirkəti QNET-in 25-ci ildönümünü qeyd etmək üçün daha bir məhdud sayda olan QNET 25th Anniversary Limited Edition Timepiece buraxıldı. Üzərində QNET 25 Anniversary və Bernhard H. Mayer yazıları yer alır.