Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 19:30:00
Bağça müdirinin şantaj olunması ilə bağlı Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, valideyn bağça rəhbərindən təhdidlə 15 000 pul tələb edib.

 

Belə ki, 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb. Tezliklə uşaq tapılıb və heç bir əlavə narahatlıq olmayıb. Bağça rəhbərliyi valideynə məlumat verib, tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görüb, nəzarət tədbirləri artırılıb. Valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib.

 

Rəsmi qurumların da reaksiyası gecikməyib.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır:

 

"Məsələ ilə bağlı araşdırma aparılır.
Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək".

 

339 nömrəli uşaq bağçası isə hadisəni belə şərh edib:

 

"Avqustun 7-də 339 nömrəli uşaq bağçasının ərazisindən bir uşaq qısamüddətli yayınmışdır.
Görülmüş tədbirlər nəticəsində qısa müddətdə uşaq geri qaytarılmışdır. Operativ olaraq məsələ araşdırılmış və tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülmüşdür.

 

Həmçinin valideynə məlumat verilmiş və valideynlə söhbət aparılmışdır. Təəssüf ki, valideyn adekvat münasibət göstərməmiş, qanunsuz tələblərlə çıxış etmişdir.

 

Onu da qeyd edək ki, uşaqların mühafizəsi və işçilərin məsuliyyətinin daha da artırılması ilə bağlı müvafiq tədbirlər görülmüşdür".