Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 16:10:38
“Young Learners”  imtahanlarına qeydiyyat...

Dövlət İmtahan Mərkəzi “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki,imtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya: PreA1 Starters, A1 Movers və A2 Flyers üzrə keçiriləcək.

 

İmtahan 18 noyabr 2023-cü il tarixində baş tutacaq. Son qeydiyyat tarixi 4 oktyabr 2023-cü ildir.

 

Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

 

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında LinguaSkill imtahanlarını təşkil edir.

İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.