Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 08:50:00
Azərbaycanlı gənc dünyanın 23 universitetinə qəbul olunub

ADA Universitetinin məzunu Əli Məmmədov magistratura təhsilini davam etdirmək üçün dünyanın 4 bir yanından, ABŞ, Böyük Britaniya, Almaniya, Belçika və digər Avropa ölkələrinin 23 müxtəlif universitetlərindən və təqaüdlərindən qəbul təklifi alıb.


Bu barədə AzEdu.az-a onun özü məlumat verib.

Azərbaycanlı gənc aşağıda sadalanan universitetlərdən tam və qismən təqaüdlərlər ilə təhsil almaq şansını əldə edib:

The University of Edinburgh, University of Wisconsin-Madison, University of California, American University, University of Chicago, Queen Mary University of London, Antwerp University, KU Leuven, CEU, Munich, University of Tübingen, University of Glasgow, Lund University, Stocholm University, University of Amsterdam, Erasmus University of Rotterdam, University of Aberden, The University of Sheffield, University of Tartu, University of Barcelona, York University, Leuphana University, Institut Barcelona d'Estudis Internacionals (IBEI).

Əli Məmmədov Erasmus Mundus, İsveç və digər təqaüdlərlə yanaşı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ın qalibi olub.


"Bu gün xəyallarımın nəhayət reallığa çevrildiyini bölüşməkdən məmnunam! Mən seçimimi etdim və akademik mükəmməlliyin və innovasiyanın çiçəkləndiyi yer olan Amerika Birləşmiş Ştatlarının, University of Wisonsin-Madison- da magistratura səyahətinə çıxacağam. Çox sevindirici haldır ki, mənə heç bir maliyyə yükü olmadan arzularını həyata keçirməyə imkan verəcək Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”ın da qalibləri sırasında olmuşam. Mən bu nüfuzlu təhsil ocağında MPA üzrə magistr təhsili alan ilk azərbaycanlı tələbə olmaqdan qürur duyuram. Həyatımı dəyişdirən bu təcrübəyə başlayarkən mən Azərbaycan irsimin qürurunu və hamı üçün daha parlaq gələcək ümidini daşıyacağımı vəd edirəm", - Əli Məmmədov deyib.

Qeyd etmək lazımdır ki, Əli Məmmədov bu il ADA universitetindən dövlət və ictimai münasibətlər ixtisasından fərqlənmə diplomu ilə məzun olub. Tədris dönəmində gənclər sektorunda fəal iştirakı ilə seçilən və ADA Universitetində "Speak for Youth" tələbə təşkilatını yaradaraq, sədri vəzifəsində fəaliyyət göstərib.