Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 16:30:44
Direktor və müavin olmaq istəyən 420 nəfər İMTAHAN VERDİ

2023/2024-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, elektron qeydiyyatdan keçmiş 784 nəfərdən 657-si müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. Test imtahanında 420 nəfər iştirak edib.

90 dəqiqə davam edən imtahanda iştirakçılar qanunvericilik və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.

İmtahanda uğurlu nəticə göstərən namizədlər müsahibədə iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Respublika üzrə ümumilikdə 19 direktor və 27 direktor müavini vəzifəsi müsabiqəyə çıxarılıb.