Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 08:43:22
Magistraturaya builki keçid balı… - Narazılara rəsmi CAVAB

Ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri bir sıra suallar doğurub. Qəbul olunmayan əksər bakalavrlar magistraturaya keçid balının qalxdığını bildirərək, Dövlət İmtahan Mərkəzindən (DİM) bunun səbəblərini soruşur.


AzEdu.az xəbər verir ki, DİM sözegedən məsələyə aydınlıq gətirib. Qurumdan bildirilib ki, keçid balı müsabiqə nəticəsində formalaşır. Bal öncədən məlum olmur.


“Ballları DİM müəyyən etmir. Keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olunan bakalavrın balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən bakalavrların sayı, həmin ixtisas üzrə plan yerləri və bakalavrların imtahan nəticələrindən asılı olaraq formalaşır”, - deyə Döblət İmtahan Mərkəzindən verilən açıqlamada bildirilib.


Başqa sözlə, həm də belə demək olar ki, ixtisas seçimində iştirak edənlər nə qədər çox olsa, keçid balı o qədər yüksək olur.


Qeyd edək ki, bu il ixtisas seçimində 17.359 bakalavr iştirak edib. Onlardan 13286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. 


A.Qorxmaz