
“Sertifikasiya imtahanları ilə bağlı bizə ünvanlanan yüzlərlə müraciətin bir qismi 50 bal toplamış müəllimlərin əmək haqqına əlavə ilə bağlıdır. Məsələ ondadır ki, 51 sualı düzgün cavablandıran müəllim 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqun əmək haqqı 10 faiz artır. Haqlı sual yaranır: niyə 50 bal toplamış və ya 83.3 faiz nəticə göstərmiş müəllimin əmək haqqı 35 faiz artmır?”.
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov müəllimlərin sertifikasiya imtahanlarının nəticələrindən danışarkən deyib.
Onun sözlərinə görə, əslində, 50 bal toplamış müəllimin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil.
“Çünki əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan təklif edirik ki, 50 bal toplamış müəllimlərimizin də əmək haqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin”, - deyə millət vəkili vurğulayıb.
V.Bayramov xatırladıb ki, yalnız 50 bal toplamış müəllimlərlə bağlı deyil, 30 baldan çox nəticə göstərmiş digər təhsilverənlər üçün yeni də differensial əmək haqqı artımları ilə bağlı təklifi elm və təhsil nazirinə təqdim edib:
“Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğunu və təkliflərimizə diqqətlə yanaşdıqlarını nəzərə alaraq inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq”.
kitabı

_151.jpg)
_838.jpg)




