Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 08:59:02
Təhsil tədqiqatları üzrə işçi qrupu yaradılıb

Data analitikası və təhsil təqdqiqatları üzrə işçi qrupunun ilkin görüşləri keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi çərçivəsində Data analitikası və təhsil tədqiqatları üzrə işçi qrupu yaradılıb.

AzEdu.az xəbər verir ki, işçi qrupunun iki gün davam edən ilkin görüşlərinə 10 iyul tarixindən etibarən başlanılıb.

Görüşün ilk günündə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov layihənin və işçi qrupunun məqsədləri ilə bağlı danışıb. Direktor ARTİ və ümumilikdə təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin data təhlili və istifadəsi ilə bağlı mövcud təcrübəsindən, üzləşdiyi çətinliklərdən və inkişafa ehtiyac duyulduğu sahələr barədə məlumat verərək layihənin icrası nəticəsində mövcud problemlərin qaldırılacağına inamı ifadə edib. Layihənin komanda rəhbəri Rainer Gerke və üçüncü komponentin əsas eksperti Boris Curkovic də öz növbələrində iştirakçıları salamlayıb, layihə komandası tərəfindən gözləntiləri və görüşlər barədə məlumat verib. İki gün ərzində siyasət təhlili və tədqiqat metodologiyaları, data analitikası barədə giriş sessiyaları keçirilib, eyni zamanda qrupun təlim ehtiyaclarının təhlili və təklif olunan potensialın artırılması təlim proqramı təqdim olunub. Tədbir günlərində həmçinin işçi qrupunun üzvləri arasında qrup işləri təşkil olunub və Azərbaycanda mövcud təhsil siyasətləri, data analitikası ilə bağlı mövcud vəziyyət, sübut əsaslı siyasətin formalaşdırılması, təhsildə data analitikası strategiyası, peşəkar inkişaf və fərdi öyrənmə planları və aparılacaq tədqiqat layihələri ilə bağlı müzakirələr aparılıb. Təlimçi/Spiker qismində eyni zamanda layihənin digər ekspertləri olan Srdjan Verbic, Maja Jukic və Mehparə Əhmədova iştirak edib.

Data analitikası və təhsil tədqiqatları işçi qrupunun təlim proqramları çərçivəsində minimum 180 saat olmaqla 10 təlim sessiyalarının keçirilməsi planlaşdırılır. Təlimlərin keçirilməsində əsas məqsəd data analitikasının əsas anlayışlarını və qərar qəbuletmə prosesində onun əhəmiyyətini mənimsəmək, siyasət təhlili və tədqiqat metodologiyalarından səmərəli istifadə etməklə təlim iştirakçılarının potensiallarının gücləndirilməsindən ibarətdir. Yeni bilik və bacarıqların əldə edilməsinin nəticəsi olaraq, data analitikası üzrə strategiyanın yaradılması və müxtəlif mövzularda qrup şəklində təhsil tədqiqatları aparılması da nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən işçi qrupu 39 üzvdən ibarətdir