Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 09:25:36
Deputat sertifikasiyadan keçənlərin maaşından danışdı: “Ümid edirəm ki, mümkün olacaq”

“Sertifikasiya imtahanlarında yüksək bal toplamış müəllimlərin əmək haqlarının artırılmasını nəzərdə tutan daha genişləndirilmiş differensial sistemin tətbiqi ilə bağlı təklifimlə əlaqədar qeyd etmək istərdim ki, məsələyə baxılması və onun qəbulu 1 gün və ya 1 həftənin işi deyil, bu, zaman tələb edən prosesdir”.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bir müddət öncə sertifikatlaşdırmanın test imtahanlarından keçən müəllimlərin əməyinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsi üçün elm və təhsil naziri Emin Əmrullayevə rəsmi sorğu göndərən deputat Vüqar Bayramov bildirib.

O deyib ki, hər təklif digər müvafiq dövlət qurumları ilə razılaşdırılır, maliyyə tutumu hesablanır və daha sonra ümumi qərar verilir.

Vüqar Bayramovun daha bir qlobal elmi uğuru - AzEdu.az AZƏRBAYCAN TƏHSİL  PORTALI

“Belə qərarları heç bir halda hər hansı dövlət qurumu ayrıca qəbul etmir. Bu baxımdan, bizim təkliflərimizə də baxılır və öyrənilir. 50 bal toplayanlara da 35 faiz əlavənin hesablanması daxil olmaqla təqdim etdiyim əmək haqqı artımlarına dair təklifimlə bağlı bir sıra hökumət nümayəndələri ilə də müzakirələrim olub. Ümid edirəm ki, sertifikasiya qiymətləndirmə sisteminin təkmilləşdirilməsi mümkün olacaq”, - Vüqar Baymov vurğulayıb.

“Digər tərəfdən, sualların hammısını cavablandıran müəllimlə 51 toplayan müəllimin də əmək haqqı artımı eynidir. 51 sualı düzgün cavablandıran müəllim 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 bal az, yəni 50 bal toplayan pedaqoqun əmək haqqı 10 faiz artımla hesablanır”.

Qeyd edək ki, Vüqar Bayramov bir müddət öncə sertifikatlaşdırmanın test imtahanlarından keçən müəllimlərin maaşına əlavələrin hesablanması  üçün aşağıdakı təklifi irəli sürmüşdü

- 30-35 bal toplayanlar üçün 10 faiz artım;
- 36-40 bal toplayanlar üçün 15 faiz artım;
- 41-45 bal toplayanlar üçün 20 faiz artım;
- 46-50 bal toplayanlar üçün 30 faiz artım;
- 51-55 bal toplayanlar üçün 35 faiz artım;
- 56-60 bal toplayanlar üçün 40 faiz artım.

Təklifə münasibət bildirən elm və təhsil naziri Emin Əmrullayev isə bunun mümkün olmadığını deyib:

“Bizim tək məqsədimiz odur ki, ən yüksək nəticə göstərənlə zəif nəticə göstərənləri ayıraq. 35, 40 və digər ballara görə kateqoriya ayıra bilmərik”.