Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 11:01:00
Sertifikasiyadan kəsilən ibtidai sinif müəllimlərinin sayı AÇIQLANDI

Ötən ay keçirilən ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanından qeyri-məqbul bal toplayan müəllimlərin sayı açıqlanıb. 

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən  brifinqdə deyib:

 

"Yekun nəticəyə əsasən, sertifikasiyaya cəlb olunan 30061 nəfər ibtidai sinif müəllimindən 8881 nəfəri sertifikasiya imtahanından qeyri-məqbul bal toplayıb. Uğur qazananların sayı isə 21180 nəfərdir.
16018 müəllim qənaətbəxş, 5162 müəllim isə yüksək nəticə göstərib".