Azedu.az

Lisey və gimnaziyalara seçimlər davam edir

4 İyul 2023, 09:40
Lisey və gimnaziyalara seçimlər davam edir

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər davam edir. Lisey seçimi 4 iyul saat 16:00-da başa çatacaq. 

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, lisey seçimi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az/login) vasitəsilə həyata keçirilir. Valideynlər şəxsi kabinetə daxil olaraq "İmtahanlar" bölməsindən imtahan nəticələri ilə tanış ola və lisey seçimi edə bilərlər. Bu mərhələdə namizədlərə 3 lisey seçimi təqdim olunur. Hər 3 seçimi etmək zərurəti yoxdur. 

 

Qeyd edək ki, iyulun 4-dək valideynlər tərəfindən lisey seçimləri, həmçinin seçilən liseylərin ardıcıllığı dəyişdirilə və yenilənə bilər. Nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox