Azedu.az

AMEA-nın magistrant və doktorantları yataqxana ilə təmin ediləcək  

Magistratura

Elmi institut və təşkilatlar

3 Oktyabr 2018, 13:56
AMEA-nın magistrant və doktorantları yataqxana ilə təmin ediləcək  

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təhsil alan magistrant və doktorantlar yataqxana ilə təmin ediləcək.

Akademiyadan AzEdu.az-a verilən məlumata görə, AMEA Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi Şurasının bu gün keçirilən birgə iclasında Akademiyanın gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən biri kimi AMEA-nın magistrant və doktorantlarının tədris müddətində yataqxana ilə təmin edilməsinin vacib olduğu vurğulanıb.

 

İclasda Akademiyada təhsil alan magistrant və doktorantlarının sosial problemlərinin aradan qaldırılması üçün onların tədris müddəti ərzində yaşayış yeri ilə təmin edilməsi qərara alınıb.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox