Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 17:57:00
 50 bal yığan müəllim: “Kurikulum suallarının cavabı səhv çıxdı”

Bu gün müəllimlərin sertifikatlaşdırılması prosesisinin test imtahanı mərhələsi yekunlaşır.


AzEdu.az xəbər verir ki, sertifikasiyanın 5-ci günündə Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verirlər.

Saytımızın əməkdaşları Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən sertifikasiya imtahanlarını müşahidə ediblər. İmtahan başa çatdıqdan sonra bir çox müəllimin təəssüratları öyrənilib.

 

Arzu Quliyeva adlı müəllimə AzEdu.az-a bildirib ki, 50 bal toplayıb, yaza bilmədiyi suallar kurikulumla bağlı olub:

 

”İxtisas suallarını yaxşı yazmışam. Şikayətim də yoxdur. Ancaq kurikulumla bağlı suallara verdiyim cavablar səhv çıxdı. Hazırlaşmışdım, ancaq alınmadı. Düzü, vaxtım da çatmadı. 35%-ə düşmürəm, deyəsən. Ancaq bu, məni o qədər də narahat etmir”.