Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-17 12:35:11
Paytaxt məktəbində yaddaşları təzələyən əsl Novruz oyunları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı 116 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilən tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, millət vəkili Fuad Muradov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Gülnaz Kərimova insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib və onlara xoş günlər arzulayıb.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə təbrik edərək, bayramın tarixi köklərinin çox qədimə dayandığını və mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, dünyaya tanıtdıran qədim bayramlardan olduğunu bildirib. Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyən İdarə müdiri bu bayramın yenidən Qarabağ torpaqlarında keçiriləcəyinə əminliyini ifadə edib.

M.Vəliyeva BŞTİ-nin təşəbbüsü ilə təşkil olunan belə möhtəşəm Novruz bayramı tədbirlərinin keçirilməsi ənənəsinin digər rayonları və məktəbləri də əhatə edəcəyini diqqətə çatdırıb.

Millət vəkili Fuad Muradov bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib. Novruzun dövlət səviyyəsində qeyd edilən milli bayram olduğunu deyən millət vəkili bu işdə ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu olduğunu bildirib.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva da xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi,  idmançıların, tarixi və kino personajlarının çıxışları tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.

 

novruz shenliyi1.jpg

novruz shenliyi2.jpg

novruz shenliyi5.jpg

novruz shenliyi3.jpg

tedbir1.jpg

tedbir2.jpg

tedbir3.jpg

tedbir5.jpg

tedbir7.jpg

tedbir8.jpg

tedbir9.jpg