Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 16:38:13
Kolleclər: Qabiliyyət tələb edən ixtisasların imtahan qrafiki...

Bakı, Sumqayıt və Şamaxı şəhərlərində yerləşən kolleclərə qəbul olmaq üçün musiqi sənəti və təsviri sənət istiqamətləri üzrə qabiliyyət imtahanı komissiyalarından qeydiyyatdan keçən abituriyentlər ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, qeyd edilən şəhərlərdə yerləşən kolleclərə qəbul üçün qabiliyyət imtahanları Bakı şəhərində keçiriləcək.

 

Musiqi sənəti istiqaməti üzrə imtahanlar 6, 7 və 10 iyul 2023-cü il tarixlərində Bülbül adına orta ixtisas musiqi məktəbində, Təsviri sənət istiqaməti üzrə imtahanlar isə 8-10 iyul 2023- cü il tarixlərində 167 saylı tam orta məktəbdə keçiriləcək.

 

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən tarixdə və saatda ünvanı qeyd olunmuş imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər).

 

Musiqi sənəti istiqaməti üzrə imtahana gələn abituriyentlər digər sənədlərlə yanaşı proqram formasını da çap edərək gətirməlidirlər.

 

İmtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz. 

 

Musiqi sənəti

Kom. №  İxtisas Tarix
221 İnstrumental ifaçılıq (fortepiano və orkestr alətləri) 06-07.07.2023
222 İnstrumental ifaçılıq (xalq çalğı alətləri) 06-07;10.07.2023
223 Vokal sənəti (xanəndəlik)       10.07.2023
224 Vokal sənəti (klassik vokal)
225 Vokal sənəti (milli vokal)
227 Aşıq sənəti
228 Populyar musiqi və caz ifaçılığı (vokal)
229 Populyar musiqi və caz ifaçılığı (alətlər)
 

Təsviri sənət

Kom. №  İxtisas Tarix
210 Təsviri sənət (ADRA nəzdində incəsənət kolleci) 08-10.07.2023
211 Təsviri sənət 10.07.2023
212 Heykəltəraşlıq 08;10.07.2023