Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 10:37:53
Deputatdan bu müəllimlərə SƏRT TƏNQİD: "İşə necə qəbul olunublar?!"

Son vaxtlar orta və ali məktəblərdə çalışan bəzi müəllimlərin bir sıra sözləri düzgün yaza bilməməsi sosail platformalarda müzakirə predmetinə çevrilib. Doğrudur, əvvəllər də bu mövzu aktual idi, amma elm və təhsil naziri Emin Əmrullayevin Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransındakı çıxışı zamanı bəzi müəllimlərin sözləri düzgün yaza bilməməsinə toxunması bu məsələni daha da aktuallaşdırdı.
Nazirin çıxışından sitat: "Bəzi müəllimlər şaftalını "şafdalı" kimi yazır".

Peut être une image de texte

Qeyd edək ki, bu günlərdə sosial mediada paylaşılan fotoda "ibtidai sinif" əvəzinə "iptidai sinif" yazılması faktı mövzunu yenidən gündəmə gətirdi. Bu məsələ ilə bağlı da fikirlər haçalandı. Kimi müəllimlərin "qarışqa fəaliyyəti" göstərdiyini iddia edərək, belə məsələlərin gündəmə daşınmasını qınadı, kimi isə onu lağ obyektinə çevirdi. Maraqlıdır, görəsən niyə müəllimlərimiz bəzi sözləri düzgün yaza bilmirlər? Kimdir müqəssir?


Suallarımızı cavablandıran deputat Musa Qasımlı AzEdu.az-a bildirib ki, təhsilimizdə olan çatışmazlıqların dilə gətirilməsi mövcud vəziyyətin düzəldilməsi istəklərindən irəli gəlir:

 

"İfadə olunan fikirlər doğrudur, amma hələ problemlərin bir hissəsidir. Təhsilimizi sağlamlaşdırmalıyıq. Belə bir sual verməliyik ki, nə üçün övladlarımıza dərs verən müəllimlərin bəziləri Azərbaycan dilinin qrammatikasını bilmir? Müəllim düzgün yaza bilmirsə, şagirdin yazdığını necə oxuyub, düzgün qiymətləndirə bilər?

 

Belə səhvləri buraxan müəllimlər imtahandan necə keçib, işə qəbul olunublar? Pedaqoji təhsil verən məktəblərimizdə keyfiyyətə diqqəti artırmalıyıq. Təhsilimizə keyfiyyət gətirməyin yollarından biri müəllimlərin sertifikatlaşdırılmasıdır".