![](https://azedu.az/uploads/news/2023/06/azedu.az_9eb4e671d769cb72ce3e71afb7575ea8_862.jpg)
Azərbaycan Universitetinin Sosial iş ixtisası bakalavriat səviyyəsi üzrə 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib.
Universitetdən AzEdu.az-a bildirilib ki, akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb.
Azərbaycan Universitetinin tarixində bir ilk olan bu hadisə universitetin beynəlmiləlləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Akkreditasiyanın aktiv fazası aprel ayında baş tutub. Agentliyin Xarici Ekspert Komissiyasının nümayəndə heyəti Sosial iş ixtisasının tədris proqramının keyfiyyətinin qiymətləndirilməsi üzrə yoxlamalar keçirib. Tədris prosesinin təşkili, tədris proqramının yerinə yetirilməsi, kafedra və dekanlıqların fəaliyyəti, universitetin struktur vahidlərinin işinin akkreditasiya üçün müəyyən edilmiş tələb, qayda və meyarlara uyğunluğu yerində qiymətləndirilib və akkreditasiya müraciətinə müsbət cavab verilib.
Qeyd edək ki, IAAR təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya təşkilatlarından biridir. 2011-ci ildə fəaliyyətə başlayan agentlik ali təhsil müəssisələrinin institusional akkreditasiya, tədris proqramlarının akkreditasiyası başda olmaqla müxtəlif istiqamətlərdə akkreditasiyasını həyata keçirir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)