Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 12:23:00
İrəvan Dövlət Universitetində həbslər gözlənilir

Yaxın vaxtlarda İrəvan Dövlət Universiteti və Ermənistanın digər universitetlərində rüşvət işi çərçivəsində qalmaqallı həbslər gözlənilir.

AzEdu.az saytı bu barədə Ermənistan "Joğovurd" qəzetinə istinadən xəbər verir.

 
Mayın 24-də məlum olub ki, İrəvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Hayk Sarkisyan, onun müavini, həmin fakültənin iki müəllimi Qaqik Tonoyan və Armen Nersisyan rüşvət almaqda ittiham olunaraq həbs ediliblər.

Hayk Sarkisyanın saxlanması ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Universitetdəki mənbələrin bildirdiyinə görə, Hayk Sarkisyanın dekan kimi səlahiyyət müddətinin bitməsinə bir ay qalmışdı və yaxın vaxtlarda yeni dekan seçkisi keçirilməli idi.

Sarkisyan onun haqqında məlumatların hüquq-mühafizə orqanlarına ötürüldüyünü bildiyindən  polislərin tezliklə “onun üçün” gələcəyindən xəbərdar idi . O, adının hallandırılmaması üçün yeni dekan seçkilərində namizədliyini verməmək qərarına gəlmişdi.

Amma Sarkisyana İDU-dan çıxmağa imkan vermədilər, onu həbs etdilər.

Mənbələrin bildirdiyinə görə, İrəvan Dövlət Universitetindəki həbslər başlanğıcdır. Yaxın vaxtlarda  rüşvət işi çərçivəsində İDU-nun və digər universitetlərin dekanları, müəllimlərinin saxlanılması gözlənilir.