Azedu.az

MDU-da növbəti seminar keçirilib

3 İyun 2023, 12:53
MDU-da növbəti seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Urbanizasiya və şəhər planlaşdırmasının əsas prinsipləri” mövzusunda seminar keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin baş mütəxəssisi İsmayıl Kərimov tərəfindən keçirilən seminarda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib.

 

Seminarda şəhərlərin formalaşma mərhələləri, müasir urbanizasiya proseslərinin əsas xüsusiyyətləri və sosial-mədəni mühitə təsirləri, şəhərsalma texnologiyaları, şəhərlərdə ətraf mühitin qorunması və digər məsələlərlə bağlı məlumatlar verilib. Maraqla qarşılanan seminarda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox