Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 14:32:00
20 ildən sonra insanlar ulduzları görməyəcək

Alimlər müəyyən ediblər ki, işıq diodlarından (LED) və digər işıqlandırma formalarından istifadənin artması gecə səmasını xeyli işıqlandırır. Çöl və küçə işıqlandırmalarından, reklamlardan və işıqlandırılan idman meydançalarından fərq qoymadan istifadə olunması ulduzları görməyə imkan vermir.

AzEdu.az saytı The Guardian portalına istinadən xəbər verir ki, hələ 2016-cı ildə astronomlar bəşəriyyətin üçdə birinin artıq Süd Yolunu görməyəcəyini müəyyən ediblər. Alimlərin təxmini hesablamalarına görə, 20 ildən sonra biz ən böyük bürcləri belə görə bilməyəcəyik ki, bu da gələcək nəsillərin elmi və mədəni inkişafına mənfi təsir göstərəcək.

Narahat olan britaniyalı alimlər qaranlıq səmanın bərpası  ilə bağlı partiyalararası parlament qrupu yaradıb və bu qrup işıq çirklənməsinə qarşı mübarizə tədbirləri hazırlayıb. Bunlara gecə vaxtı işıqdan həddindən artıq istifadəyə görə cərimələr və tədbirlərin icrasına nəzarət etmək üçün xüsusi komissiyanın təyin edilməsi daxildir.

Alman Geologiya Mərkəzindən fizik Kristofer Kibanın araşdırması İşıq çirklənməsinə görə gecə səmasının ildə təxminən 10% daha parlaq olduğunu göstərib. Yəni yeni doğulan uşaq indi 250 ulduzu müşahidə edə bilir, ancaq yetkinlik gününə qədər onlardan yalnız 100-nü görəcək.