Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 11:11:38
II və III qrupların imtahan nəticələri bu həftə açıqlanmayacaq? - DİM-dən yeni CAVAB

Öncədən xəbər verdiyimiz kimi, II və III qruplar üzrə qəbul imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulurdu.

AzEdu.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkələrdə bildirmişdi.

Lakin bu gün DİM sözügedən imtahanlarla bağlı yeni açıqlama yayıb.

“II və III qruplar üzrə qəbul imtahanının nəticələrinin iki həftə ərzində elan olunması qeyd olunmuşdu. İmtahan nəticələri növbəti həftənin əvvəli elan ediləcək. Xatırladaq ki, hər hansı bir imtahanın nəticəsi yoxlama prosesi başa çatan kimi elan olunur. Dəqiq gün və saat demək mümkün deyil”, - DİM-in bugünkü açıqlamasında qeyd edilib.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdi 20-21 may 2023-cü il tarixlərində keçirilib.

II ixtisas qrupu üzrə imtahanda 28 mindən çox, III ixtisas qrupu üzrə imtahanda isə 22 mindən çox abituriyent iştirak edib.