Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 10:10:00
Bələdiyyə başçısı autizmli oğluna görə aclığa başlayıb

Fransanın Poses qəsəbəsinin Bələdiyyə başçısı Georgio Loiseau autizmli oğlunu heç bir məktəbə qəbul etdirə bilmədiyinə görə aclıq aksiyasına başlayıb.

AzEdu.az saytının “France Bleu” agentliyinə istinadən verdiyi xəbərə görə, Loiseau autizmin ağır səviyyəsində olan oğlunun heç bir məktəbin götürmədiyi barədə məlumat alıb. Bu vəziyyətə etiraz etmək üçün o, Eure rayonundakı müvafiq idarənin qarşısına gələrək aclığa başlayıb. Siyasi xadimlər, qonşu ölkələr və müxtəlif dərnəklər öz dəstəklərini Bələdiyyə başçısına bildiriblər.

Loiseau oğlu və onun vəziyyətində olan uşaqların təhsillərini davam etdirmələri üçün dövlətin yardım etməsini tələb edib. Oğlunun növbəti ildən təhsilini davam etdirə bilməyəcəyini vurğulayan Loiseau “bu mücadiləni qələbəyə qədər davam etdirməyin lazım olduğunu” bildirib.