Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 19:00:00
LDU-da maarifləndirici seminar keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının və Nazirlər Kabinetinin “İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar  növbəti maarifləndirici seminar keçirilib.


Seminarı giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı dos. Ramiz Şəmmədov açıb və universüitetdə bu istiqamətdə aparılan profilaktiki tədbirlərdən, praktiki maarifləndirmə işlərindən danışıb.  Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova mövzu ətrafında geniş məruzə edib.


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə tələbələrə mövzu ilə əlaqədar bukletlər, broşuralar paylanılıb.