Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 17:12:00
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndəri düşünərkən” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatı İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Azər Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin sədri Aydın Rəcəbov, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, BŞİH-in əməkdaşları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 

Öncə qonaqlar rəsm sərgisinə baxış keçiriblər.

 

Daha sonra müsabiqənin nəticələrinə görə ilk üç yerin qalibinə sertifikat və pul mükafatı, digər yeddi nominasiya üzrə isə sertifikatlar təqdim olunub. Əl işləri ilə seçilən 30 nəfər şagirdə isə Təşəkkürnamə verilib.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və BŞİH-in birgə təşkilatçılığı ilə keçirilən “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsinin əsas məqsədi  “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin həyata keçirilməsi, Ulu Öndərin xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, şagirdlərə vətənpərvərlik ruhunun aşılanması, həmçinin istedadlı yeniyetmə və gənc rəssamların üzə çıxarılmasından ibarətdir.