Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 17:20:00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün minimum bal tələb olunur? - CAVAB

"Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil müəssisələrinin V qrupu üzrə ən azı 60 bal toplayan abituriyentlər qabiliyyət tələb edən ixtisaslar üçün qeydiyyatdan keçə bilərlər".

 

 

AzEdu.az xəbər verir ki, bunu DİM-in Xüsusi imtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Elmir Məmişov deyib.

 

 

“Tam orta təhsil bazasında qabiliyyət tələb edən ixtisaslar üçün müraciət edən abituriyentlər üçün vəziyyət bir qədər fərqlidir. Onlar minimum 40 bal toplamalıdır. Yalnız rəqs müəllimliyi ixtisasına qəbul olunmaq üçün minimum 30 bal gərəklidir.

 

Bu gündən qeydiyyatı başlayan 9-cular minimum 50 bal toplamalıdırlar. Xoreoqrafiya və rəqs müəllimliyi üçün müraciət edən şəxslərdən minimum 30 bal tələb olunur.

 

Abituriyent Memarlıq istiqaməti üzrə müraciət etmək üçün isə hər iki mərhələdən minimum 200 bal toplamalıdır.

 

III qrupa aid olan jurnalistika ixtisası üçün müraciət etmək istəyən şəxslərdən ümumilikdə minimum 200 bal, o cümlədən ikinci mərhələ imtahanında minimum 100 bal toplamaq tələb olunur. Ancaq qeydiyyat tarici hələ bəlli deyil. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

Sektor müdiri əlavə olaraq bunu da qeyd edib ki, fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.