Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 10:31:00
İtkin düşmüş hesab olunan tələbə tapıldı

Türkiyənin Bursa şəhərində itkin düşdüyü üçün ailəsi tərəfindən axtarılan Uludağ Universiteti Xarici ticarət fakültəsinin ikinci kurs tələbəsi, 22 yqşlı Mərvə Dilarə Şahin dörd gün sonra tapılıb.

AzEdu.az saytı xəbər verir ki, bu barədə Türkiyədə mətbuatı məlumat yayıb.

Əldə edilən məlumata görə, universitetdə təhsilini başa vurduqdan sonra ailəsinin yaşadığı şəhərə geri qayıtmaq istəməyən gənc qız evə gəlməyincə ata-anası narahat olmağa başlayıb. Onun təhsil aldığı müddətdə Bursada yaşadığı evə gələn qardaşları Mərvəni orada tapmayınca, polisə qızın itkin düşməsi barədə xəbər veriblər.

Polisin apardığı araşdırma nəticəsində gənc qızın avtobusla Adanaya getdiyi müəyyən edilib. Lakin itkin düşən qızı orada da tapmaq mümkün olmayıb.

Axtarışa verilməsi barədə məlumat yayıldıqdan sonra Mərvə Dilarə Şahin Adanadakı rəfiqəsinin yanında olması barədə qardaşına telefonla xəbər verir. Yenidən Adanaya gələn qardaşları onu ailəsinin yanına qaytarıb. Mərvənin səhhətində heç bir problem olmadığı üçün həkimlərə müraciət etməyə ehtiyac qalmayıb.