Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 15:56:28
“Qırmızı diplomlu məzunları fərqləndirmək lazımdır” - Deputat

Milli Məclisin Elm və təhsil komitəsində tələbələrə fərqlənmə diplomuna görə müəyyən güzəştlərin edilməsi məsələsinə toxunulub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev danışıb.

 

“Milli Məclisin plenar iclasında spikerin müavini Fəzail İbrahimli universiteti qırmızı diplomla bitirənlərə müəyyən güzəştlərin olunmasını təklif edib. Burada həqiqət var. Bununla bağlı bir neçə dəfə təkliflər olub. Bu, bir motivasiya, dəstək ola bilər. Bildirim ki, dövlət tərəfindən universitetlərdə əlaçı tələbələr üçün daha yüksək məvaciblər verilir. Amma onlar universiteti bitirdikdən sonra biz həmin şəxsləri işlə təmin etmirik, müəyyən güzəştlər etmirik. O zaman belə çıxır ki, dövlətin ayırdığı məvaciblər boş yerə gedir. Belə şəxsləri fərqləndirmək lazımdır”,- deyə komitə sədri bildirib.

Deputat Musa Qasımlı da qırmızı diplomlu məzunlara güzəştlərin edilməsi məsələsinə toxunub:

“İşə götürəndə insanların diplomlarının rənglərinə baxmırlar. İndi bizdə işlər imtahan yolu ilə həll olunur. Nazirliyə iş üçün müraciət edəndə nazir deməyəcək ki, sən qırmızı diplomla bitirmisən, işə götürək. İşə qəbul üçün şəxsin müəyyən iş bacarıqları olmalıdır”.