![](https://azedu.az/uploads/news/2018/03/tehsil_nazirliyi.jpg)
2017-ci ildən etibarən, IX və XI sinifləri bitirənlərə verilən dövlət təhsil sənədinin adı eyniləşdirilib.
Belə ki, buna qədər IX sinfi bitirənlərə şəhadətnamə, XI sinfi bitirənlərə isə attestat verilirdi.
Azərbaycan Təhsil Nazirliyindən AzEDU.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil sənədləri ümumi orta, yaxud tam orta təhsil səviyyəsini başa vuran təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) nəticələri əsasında verilir:
“Bununla əlaqədar onlardan birinin şəhadətnamə, digərinin isə attestat adlandırılması mahiyyət etibarilə məqbul deyildi. Ona görə də ümumi orta təhsil səviyyəsini bitirmiş məzunlara verilən təhsil sənədinin “ümumi orta təhsil haqqında attestat” adlandırılması məqsədəuyğun hesab edilib.
Eyni zamanda, yeni attestatların formatı da təkmilləşdirilib. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” və attestat nümunələri yeni redaksiyada təsdiq edilib”.
Əsmər Qabil
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)