Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 12:04:19
Müəllimlər üçün keçirilən təlimlər başa çatıb

İbtidai sinif şagirdlərinin riyazi məntiqi inkişafı üçün oyun əsaslı məntiqi inkişafı stimullaşdıran tədris vəsaitinin və riyazi oyunların internet resursları üzərində hazırlanması və müəllimlərin bu vəsait və oyunlardan tədris prosesində necə istifadə edəcəkləri ilə bağlı təlimlər başa çatıb.

 


AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan “OynaTAP” layihəsi çərçivəsində Şərqi Zəngəzur Regonal Təhsil idarəsini tabeliyində olan Kəlbəcər rayon məktəblərinin növbəti tədris ilində 3-cü siniflərdə dərs deyəcək müəllimləri üçün peşəkar təlimçilərin iştirakı ilə keçirilən təlimlə başa çatıb.

 


Təlimlərdə müəllimlərə “Oyunların təlimdə rolu”, “Riyazi-məntiq oyunların şagirdlərin zehni inkişafındakı rolu” (Numunələr əsasında), “Didaktik (öyrədici) oyunların tədris prosesində tətbiqi” ,
“Riyazi-məntiq oyunlarının müxtəlif platformalar üzərindən yaradılmasının yolları” mövuzlarında
ətraflı məlumat verilib. Onlara müxtəlif platformalar üzərində oyunları necə qura biləcəkləri ilə bağlı
praktiki dərslər keçirilib.


Təlimlərdə əsas vəsait kimi layihə rəhbəri Sona Şirinovanın hazırladığı “ Oyun əsaslı dərslərin
qurulması” kitabından istifadə edilib. Layihə rəhbəri bildirib ki, “OynaTap” layihəsi innovativ yenilikləri nəzərə alaraq tam müasir tələblər səviyyəsində xüsusi QR kodlarla hazırlanan kitab layihənin yekun təqdimatında müəllimlərə hədiyyə ediləcək. Vəsait vasitəsi ilə hazırlanan bütün oyunların QR kodları açıq resurslarda paylanılacaq ki, bu da həm müəllimlərə eyni zamanda şagirdlərə əlavə və əyləncəli öyrənmə mühitinin yaradılmasına kömək edəcək.