Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 16:27:00
Bu il 33 mindən çox müəllim sertifikasiyadan keçəcək - Nazir

“Bu il 33315 müəllim sertifikasiyaya cəlb olunacaq”. 

 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

 

“İlkin məlumatlara əsasən 33315 nəfər müəllimin məlumatları sistemə daxil olub. Bu növbəti mərhələdə sertifikasiyaya cəlb olunacaq müəllimlərin sayı kimi proqnazlaşdırılır. May ayının 18-dən etibarən sertifikasiyaya cəlb olunacaq müəllimlərin şəxsi kabinetlərinə müvafiq məlumatlar yerləşdiriləcək. Burada imtahan tarixi,saatı və imtahanın keçiriləcəyi məkan barədə müəllimlərə informasiya veriləcək”- deyə o, fikirlərini tamamlayıb.