Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-22 00:44:00
Regionlar üzrə ən çox bal toplayanlar - Naxçıvan bölgəsinin ABİTURİYENTİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.


Artıq bir neçə Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.


Bu yazıda isə Naxçıvan Muxtar Respublikası üzrə buraxılış imtanında ən yüksək nəticə göstərən şagirdi sizə tanıdırıq.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 12 mart tarixli buraxılış imtahanından ən yüksək nəticə göstərən abituriyent Şərur rayon Kürçülü kənd orta məktəbinin 11-ci sinif şagirdi Mikayıl Cəfərlidir.

Mikayıl Cəfərli buraxılış imtahanında 300 mümkün baldan 297 bal toplayaraq, Naxçıvan məktəbliləri arasında ən yaxşı nəticəni göstərib.

Xatırladaq ki, 11-ci siniflərin 12 mart tarixli buraxılış imtahanında Azərbaycan üzrə ən yüksək nəticə isə 297,5 bal olub.

Mikayıl Cəfərli ingilis dili və riyaziyyat fənnlərinin hərəsindən 100 bal, Azərbaycan dilindən isə 97 bal toplayıb.