Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 11:45:00
Bakının yollarında vahimə yaradan sürücü TƏLƏBƏDİR - VİDEO

Dünən Bakının mərkəzi yollarında “Volkswagen Touareg” markalı avtomobili uzun məsafə boyu arxaya sürərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs tələbə imiş.  

 

AzEdu.az-ın məlumata görə, 20 yaşlı Rauf Cabbarbəylinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsi olduğu bildirilir.

 

Rauf Cabbarbəyli Azadlıq meydanı yaxınlığında sükan arxasında əyləşib və oradan başlayaraq Yusif Səfərov küçəsi boyunca avtomobili arxaya doğru sürərək uzun məsafə qət edib.


Nəticədə Rauf Cabbarbəylinin idarə etdiyi 99-ED-717 dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtomobil  digər hərəkət iştirakçılarına təhlükə yaradıb.


Hadisəyə yol polisi müdaxilə edəndən sonra R.Cabbarbəyli saxlanılıb.


Baş Dövlət Yol Polisi İdarəsi də olayla bağlı açıqlama verib. Bildirilib ki, "paytaxtın müxtəlif küçə və prospektlərində avtomobili arxa-arxaya idarə edərək yolda digər sürücülər üçün təhlükəli vəziyyət yaradan və sonda yol nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü Rauf Cabbarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində qanunamüvafiq tədbirlər görülüb".


İddialara görə, R.Cabbarbəyli hadisə vaxtı narkotik vasitənin təsiri altında olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Raul Cabbarbəylinin hadisə törədilən zaman psixi pozuntu vəziyyətində olduğu həkim rəyi əsasında müəyyən edilib.

Məlumata görə, o, hazırda həkim nəzarətindədir.